Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


13.08.2018  17:23 

“Azərbaycan Türkiyəyə hərtərəfli dəstəyini davam etdirəcək” - XİN





A+  A-

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir.
XəzərNews.az xəbər verir ki, bu sözləri XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir:

"Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.

Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.

Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcəkdir".

Xəbər 1986 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +