Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


09.10.2018  16:52 

“Gələn ilin büdcəsi sosial yönümlü olacaq” - Prezident





A+  A-

“Gələn ilin büdcəsi investisiya və sosial yönümlü olacaq. İqtisadi sahədə, xüsusilə, vergi və gömrük sahəsində islahatlar davam etdiriləcək”.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı qeyri-neft sektorunun inkişafı, bu yaxınlarda orbitə buraxılan “Azərspace 2” peykinin imkanlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması, iri fermer təsərrüfatlarının, aqroparkların və sənaye parklarının yaradılması ilə bağlı tapşırıqlarını verib.

Ümumilikdə, 2018-ci ilin 9 ayın yekununun uğurlu olduğunu, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin icra edildiyini deyən dövlət başçısı bu müddətdə ölkədə dinamik inkişafın təmin olunduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda sabitlik qorunur, möhkəmlənir və bu sabitliyin təməlində xalq tərəfindən dəstəklənən siyasət dayanır. Bu il ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, qonşularla, həmçinin islam ölkələri ilə əlaqələrin daha da möhkəmləndiyini deyən prezident Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın əhəmiyyətini vurğulayıb.

Xəbər 1553 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +