Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


11.11.2022  15:51 

Aslan İsmayılov tanınmış jurnalisti məhkəməyə verib





A+  A-

Bu filmi çəkəndən düz 1 il sonra asqırıb ayılan, son rəsmi adı Aslan İsmayılov olan, Sumqayıt hadisələrinə görə 4 azərbaycanlıya ölüm hökmü istəyən prokuror məndən Sabunçu Rayon Məhkəməsinə şikayət edib.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlamanı Prime TV-nin rəhbəri Aygün Muradxanlı verib.

“Tərtər işi ibtidai istintaqa qaytarıldı, şükür. Azərbaycanı Ermənistanın qarşısında suçlu duruma salan Sumqayıt işi də qaytarılacaq. Buna inanıram. O zaman bu filmə Nizami Kinoteatrında geniş ekranda baxacaqsız, inşallah. Hələlik Prime TV-də baxın.
İndi bu adıbilinməz Bayıl yamacının dəniz mənzərəli yerində zəbt etdiyi dövlət torpağında nazirlərdən şantaj yolu ilə əldə etdiyi pullar hesabına tikdirdiyi 3 mərtəbəli villasında şellənir, Konstitusiya Məhkəməsinə dürtüşdürdüyü qızının əlilə işə hakim Nigar İmanovaya təzyiq yolları axtarır.

Amma Kreml və onun qullarının dönəmi qurtarıb. Sənə “get Aygünü məhkəməyə ver” deyən şəxs sənə dünyanın ən böyük pisliyini edib. Başına döyəndə gec olacaq. Biz bu lüksu əlimizdən qaçırmarıq” - deyə A.Muradxanlı bildirib.



Xəbər 1031 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +