Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


04.06.2020  08:57 

“WhatsApp“da yeni fırıldaqçı sxem AŞKARLANDI





A+  A-

"WhatsApp" messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən yeni sxem barədə xəbərdarlıq edilib. Profillərin oğurlanması telefon nömrəsinə və messencer tərəfindən istifadə edilən SMS təsdiqetmənin qoşulması səbəbindən mümkün olub.
XəzərNews.az xəbər verir ki, yeni qurğuda hesaba daxil olmaq üçün "WhatsApp" istifadəçilərindən onlara SMS vasitəsilə gələn xüsusi kodun daxil edilməsi tələb olunur. Hakerlər məhz bundan istifadə etməyə başlayıblar. "WhatsApp" və ya "Facebook"da potensial qurbanın tanışını ələ keçirən fırıldaqçılar onlara "Məndə SMS işləmədiyinə görə "WhatsApp" kodunu ala bilmirəm. Mən parolu sənin nömrənə göndərməyi xahiş etdim. Zəhmət olmasa, onu mənə göndər" məzmununda məlumat göndərirlər.

Bildirilir ki, qurbanın telefonuna gələn kod onun şəxsi "WhatsApp" hesabına daxil olmaq üçün lazımdır. İstifadəçi məlumatları SMS vasitəsilə göndərən zaman hakerlər onun hesabını ələ keçirirlər. Bundan başqa, bir sıra fırıldaqçılar onlara özlərini "WhatsApp" nümayəndələri kimi qələmə verməyə imkan verən hesablar yaratmağa başlayıblar. Hakerlər istifadəçidən hesaba daxil olmaq üçün məlumatları onların şəxsi bildirişlər bölməsinə göndərməyi tələb edirlər.

Messencer istifadəçilərinə xatırladılıb ki, "WhatsApp" istifadəçilərdən heç vaxt digər istifadəçilərə şəxsi məlumat və ya təsdiq kodlarını göndərməyi tələb etmir.

Xəbər 1727 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +