Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.05.2017  18:19 

Baxşıyevin qohumunu tutdurmaq istəyi rədd edildi





A+  A-

Bu gün Nərimanov rayon məhkəməsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib.
R.Əhmədovun vəkili Adəm Məmmədov açıqlamasında bildirib ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

A.Məmmədov çıxış edərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin düzgün tərtib edilmədiyini bildirib və buna görə də şikayətin icraata qəbul edilməməsini istəyib.

Qərara əsasən, şikayətin məhkəmə baxışına verilməsi rədd edilib.

Ç.Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Həmin maddə üzrə cəzanın yuxarı həddində 3 ilədək həbs nəzərdə tutulur.

Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Rövşən Əhmədov saytın redaksiyasına gələrək sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.

(qafqazinfo.az)

Xəbər 1568 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +