Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


19.02.2018  10:58 

Qocalmaya qarşı mübarizənin yolu tapıldı





A+  A-

Portuqaliyalı alimlər qocalmaya qarşı mübarizənin yeni yolunu tapıb. Yeni metod hüceyrələrdə anomal sayda xromosomların qarşısının alınması ideyasına əsaslanır.
XəzərNews.az xəbər verir ki, tədqiqatın yekunları BioRxiv.org-da dərc olunub.

Yaş ötdükcə aneuploidiya, yəni xromosom sayında dəyişikliyin baş veridiyi hüceyrələrin sayı artır. Bu prosesin insan orqanizminin qocalması ilə əlaqəli olduğu təsdiq olunub.

Beləcə, hüceyrələrin mitoz (xromosomların iki yeni nüvəyə bərabər şəkildə bölünməsi yolu ilə parçalanmasına cavab verən genlərin aktivliyi dəyişir.

Siçanlar üzərində aparılmış təcrübələrdə mitozu təmin edən mexanizmdə pozuntunun yaranması nəticəsində progeriya (Hatçinson-Gilford sindromu) əlamətləri – erkən qocalmanın baş verdiyi xəstəliyin inkişaf etdiyi ortaya çıxıb.

Alimlər uşaqdan tutmuş qocalara kimi, kişi cinsindən olan avropoidlərdə fibroplast hüceyrələrindən qocalma markerlərini təhlil edib. Məlum olub ki, qocalma Forkhead box M1 (FoxM1) faktorunun – DNT ilə bağlı olan və hüceyrələrin parçalanmasını idarə edən G2-M geninin aktivliyini tənzimləyən zülalın zəifləməsi ilə əlaqəlidir.

Tədqiqat qrupu yaşlı insanlarda və progeriya xəstələrinin hüceyrələrində Forkhead box M1 səviyyəsini artıraraq, bununla da aneuploidin meydana gəlməsini qarşısını alıb.

Nəticədə qocalma markerlərinin miqdarı aşağı düşüb. Mütəxəssislərin fikrincə, tədqiqatın nəticələri qocalmaya qarşı mübarizənin terapevtik metodlarını təsbit etməyə imkan verəcək.

Xəbər 1359 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +