Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


16.11.2021  16:18 

Doğrulmasını istəmədiyim proqnozlar





A+  A-

Özündən demək kimi çıxmasın. Aylar əvvəl yazmışdıq ki, Rusiya müharibəni içəridə dayandırıb sərhədlərimizə daşıyacaq. Təəssüf ki, bədbin proqnoz özünü doğruldur.

Bizə lazım olan müharibə Qarabağda gedirdi, onu Moskva yarımçıq dayandırdı. İndi özünə lazım olan müharibəni sərhəddə başladıb.

Doğrudur, bu lokal döyüşlər, izlədiyimiz qədər, Azərbaycanın üstünlüyü ilə gedir. Ancaq Rusiya Baş Qərargahında planlaşdırılmış bu sərhəd müharibəsinin Paşinyan devrilənə qədər bizim üstünlüyümüzlə davam etməsinə Rusiya "dözəcək". Öz adamını Ermənistanın başına oturdan kimi valı tərsinə fırlatmağa çalışacaq. Adamının yerini bərkitmək üçün lokal da olsa, qələbələr lazım olacaq axı.

Müharibənin sərhədə daşınmasının bir bədbin pespektivi də var: Putin "dostu" Köçəryanı Ermənistanın başına keçirməyi bacarsa, rus savaş qırğıları rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətindən "qanadlanıb" uçacaq və "sülh göyərçini" qiyafəsində bütün sərhdlərimizə qonacaq. O zaman "Zəngəzur dəhlizi"inə, yəqin ki, sadəcə, gələcək regional nəsillər üçün nağıl kitablarında rast gələ biləcəyik. O arada rusbaşlı Ermənistanın Rusiya-Belarus İttifaqına qoşdurulacağını da bir qorxu filmi kimi - Amerika-Rusiya müharibəsindən bir fraqment olaraq izləmiş olacağıq...

Amma bu proqnozların doğrulmasını heç istəmirəm. Həm də heç!

P.S. ABŞ prezidentinin Azərbaycanı və Türkiyəni "Demokratiya sammiti"nə çağırmamasının gerçək səbəblərindən biri də budur - uduz(durul)muş Ermənistanın qisası. Daha doğrusu, Rusiyanın və Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada sinxron siyasətinə cavab həmləsi. Yoxsa Konqonun başçısı nə vaxtdan demokrat olmuşdu ki?!

P.P.S. Rusiyanın Ermənistanda Köçəryanı irəli itələməsi ilə Amerikanın Gürcüstanda Saakaşvilini taxta sürüməsi eyni vaxtda gedir: Putin Ermənistanı Vaşinqton yolundan geri döndərmək istəyir, Bayden isə Gürcüstanı Moskva yolundan. İrəvanda Rusiya mitinqləri gedir, Tiflisdə Amerika mitinqləri. "3+3" formatı hər iki halda ciddi təhlükə qarşısındadır. Putin Cənubi Qafqaza və Mərkəzi Asiyaya ABŞ-ın nüfuz etməsini Türkiyə faktoru ilə əngəlləməyə çalışır, amma eyni zamand Türkiyənin bu bölgələrdə üstün faktora çevrilməsini də bacardığı qədər əngəlləyir. Bir yandan, Ermənistana "Türkiyə ilə barış" çağırışı edir, o biri yandan, İrəvanı Bakı ilə "sərhəd davası"na çəkir ki, barışıq baş tutmasın. Türkiyə sanki regiona gəlir, amma Rusiyanın istədiyi yerə qədər: Hulusi Akar Bakıya Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətini uzatmaq təklifi ilə gəlir, Zakir Həsənov Akarla görüşdən sonra Moskvaya - Şoyqunun yanına uçur. Razılıq alınır. Razılıq verilir. Və... Türkiyə parlamenti müddətin uzadılması ilə bağlı qərar verir. Əslində müddət oktyabrda bitmişdi...

Bu arada da Putin erməni əsilli politoloq Sergey Kurginyanı Bakıdakı Rusiya Mədəniyyət Mərkəzinə rəhbər göndərir. Bu da: "Qafqazda bütün məsələlər mənlikdir" mesajı deməkdir...

Höccətülislam Ocaqbejadı İran Mədəniyyət Mərkəzi ilə birlikdə Tehrana qovduq, əvəzində Kurginyanın öndərliyində Rusiya Mədəniyyət Mərkəzi gəldi.

Nə mutlu bizə! Deyilmi?!

Bahəddin Həzi


Xəbər 7112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +