“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


01.07.2022  12:01 

Ən şirin qarpızı necə tanıyaq?





A+  A-

Qarpız da bütün meyvələr kimi öz mövsümündə yeyilməlidir ki, kimyəvi və ya bioloji zəhərlənmə halları baş verməsin. Qarpız alarkən bəzi ip ucları var ki, bu ip ucları sizin ən təhlükəsiz qarpızı almagınıza yardımçı olacaq.

1. Sarı qabıq yüksək nitrat konsentrasiyasının əlamətidir. Qarpızı kəsərkən qabığının rənginə diqqət yetirin. Qarpızı kəsərkən qabığı sarı, ətli hissəsində isə ağ rəng olmamalıdır. Bu növ qarpızdan istifadə edərkən zəhərlənmə ilə qarşılaşa bilərsiniz.

2. Qarpızın üstündə dəliklərin olmağına da diqqət etmək lazımdir. Bəzən qarpızdakı dəliklərin həşərat izləri olduğunu düşünür. Təssüf ki, bu qarpıza edilən iynə müdaxiləsidir və bu cür qarpızlardan uzaq durmağa çalışın. Çünki bu cür qarpızların ətli qismi yaxşı görünsədə, yeyildiyində zəhərlənmə verə bilər.

3. Böyük və içi boş olan qarpızı yeməyin. İçi boş olan qarpız bir az acı tam verir və bu da zəhərlənmələrə yol aça bilər. Bu tip qarpızlardan uzaq durun.

4. Qarpızın ətli hissəsindən bir parça kəsib suya qoyun. Bununla siz qarpızda nitrat konsentrasiyasını yoxlaya bilərsiniz. Su parlaq və çəhrayı rəngə çevrilirsə, bu, qarpızın təhlükəli olduğunu göstərir.

5. Qarpızı alarkən onun çəkisinədə diqqət edin. Əgər həddindən artıq yüngül çəkidə olan qarpız olarsa, o qarpızı almayın. Çünki sağlam qarpızın çəkisidə ağır olmalıdır.

Bəs ən yaxşı qarpızı necə seçmək lazımdır?

1. Yetişmiş və şirin qarpız parlaq və hamar olmalıdır.

2. Seçərkən də əzilməmiş və zədələnməmiş qarpızı seçmək lazımdir.

3. Qabıqda əmələ gələn bej izləri olan qarpızı alın. Bu bej rəngdə görünən izlər arıların daddığı yerdir. Bu, qarpızın çox şirin olduğundan xəbər verir.

4. Yaşıl saplaqlı qarpızlar yetişməyib, quru saplaqlı olan qarpızları seçin.

5. Kəsilmiş qarpızı almayın.

Ağa Salamov
Qida Məsələləri Üzrə Mütəxəssis


Xəbər 1906 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +