Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


09.10.2017  15:08 

Maskalı quldurlar həbs olundu





A+  A-

Oktyabrın 8-də Zaqatala Rayon Polis Şöbəsinə rayonun Muxax kəndindəki evlərdən birindən soyğunçuluq edilməsi ilə bağlı məlumat daxil olub.
XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin gün saat 4 radələrində mənzilə pəncərədən girmiş maskalı şəxslər ev sahibəsinə və onun azyaşlı nəvəsinə zor tətbiq edib oradan gümüş və geyim əşyaları aparıblar.

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Vasif Məmmədvəliyev, Beyləqan rayon sakini Elməddin Abbasov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Etimad Xankişiyev tutulublar.

Araşdırmalarla Vasif Məmmədəliyevin və Elməddin Abbasovun daha bir cinayət əməli üzə çıxıb.

Belə ki, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il iyunun 6-da rayon ərazisindəki daha bir evdən pul və qızıl əşyalar oğurlamaları müəyyən edilib.

Xəbər 2095 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +