Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.12.2018  12:46 

Əli Kərimlinin şikayəti təmin edilmədi





A+  A-

AXCP sədri Əli Kərimlinin 2500 manat cərimə olunması barədə qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.
XəzərNews.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin icraatında olan prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Kərimlinin şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Kərimli noyabrın 17-də Şəhidlər Xiyabanına keçirilən yürüş zamanı polislə qarşıdurmaya görə tutulub, 2 gün Səbail RPİ-də saxlanıldıqdan sonra məhkəmə önünə çıxarılmışdı. Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə edilib.


Xəbər 1674 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +