Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


29.10.2017  12:07 

“Azərsun“un “Hayastan daxilində Qarabağ“ı





A+  A-

"Azərsun"un sponsorluq etdiyi verilişdə "Hayastan daxilində Qarabağ" mahnısı səsləndi- birbaşa erməni-daşnak təbliğatına xidmət edən reklam idi. Bildiyimiz kimi, ermənilər Qarabağa "Atrsax" deyir. Lakin bütün dünya bizim həmin Cənnət məkanımızı Karabakh kimi tanıdığından ermənilər Azərsunun sponsorluq etdiyi həmin verilişdə dünya ictimaiyyətinə "Hayastan içində QARABAĞ" deyə xitab edirdilər.
Azərsun daxildə vecinə almadığı xalqı xaircdə düşünə bilərmi?

Azərsun məhsullarının millətə xeyri ilə Rusiyada sponsorluq etdiyi verilişin faydası düz mütənasibdir. Ölkə daxilində milləti zərərli məhsullarla zəhərləməyi bəs deyil, xarici ölkələrdə də reklam siyasəti yürüdərkən mənafelərimizi nəzərə almır. Sən erməni diasporunun təsir imkanlarını hesablamadan xaricdə reklam siyasəti yürütməyə girişirsənsə, nəticə bu olacaq. Bəlkə də Azərsun baş vermiş hadisənin nəticəsini hələ də dərk etmir və sıradan hadisə sayır. Bəlkə də bilərəkdən etməyib. Ancaq biznesin, həm də böyük biznesin böyük siyasət olduğunu dərk etməyibsə, o zaman vay bu holdinqin halına və vay bizim halımıza!
Yadıma adı çəkilən holdinqin prezidenti Abolbari Gözəlin bir neçə ay əvvəl verdiyi açıqlama düşdü. Adam deyirdi ki, siqaret də istehsal edə bilərdim, lakin milləti zəhərləmək istəmədiyimdən bu işlə məşğul olmadım. O zaman cavab yazmışdım ki, zərərli yağ, az şəkərsiz qənd, şəkər tozu istehsalının və bazardakı mövqeyindən sui-istifadə edib qiymətləri bahalaşdırmağın yanında siqaret istehsalı toya getməlidir. Azərsunun sponsorluq etdiyi verilişdə Ermənistan maraqlarna uyğun təbliğatın aparılması daha betər idi. Məncə, Azərsun ya rekalm siyasətində naşı olduğunu əsaslandırmalı, ya da günahkar olduğunu etiraf etməlidir.

Azər Sarıoglu

Xəbər 4537 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +