Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


08.02.2019  12:09 

Ərzaq məhsullarının arasında güllə keçirmək istədi





A+  A-

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “Mercedes Benz S350” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
XəzərNews.az-a daxil olan məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində “Premium LEPUS JK6 cal 12” yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində “Exact heavy diabolo cal 177” yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +