Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu
Yaşayış binasında qaz partlayışı baş verib
Son 24 saat ərzində 165 hərbi toqquşma


07.09.2019  13:17 

40 sürücü cərimələndi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Zaqatala rayonu ərazisində reyd keçirib.
XəzərNews.az xəbər verir ki, məqsəd avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Eyni zamanda yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.

Xəbər 1654 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +