“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


20.10.2017  17:16 

114 saylı marşrut xəttində islahatlara başlanılıb





A+  A-

Dünən 114 saylı marşrut xəttində qeydə alınan qayda pozuntusu ilə bağlı istismarçı şirkət tərəfindən dərhal reaksiya verilib.
Şirkətdən XəzərNews.az-a verilən məlumata görə, 114 saylı marşrut xəttində istismar olunan 10 TG 090 saylı avtobusu idarə edən sürücü Abbasov Seymur Sədaqəddin oğlu ön və arxa qapıları açıq şəkildə idarə etdiyi üçün dərhal işdən azad edilib, xətt üzrə məsul şəxslərə töhmət verilib. Bundan başqa həmin marşrut xətti üzrə avtobusların sayının bu gündən etibarən 14-dən 24-dək artırılması barədə şirkət rəhbərliyi tərəfindən qərar verilib, həmin xətt üzrə istismar olunan avtobuslarda mövcud olan problemlərin dərhal aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçirilib.

Məlumat üçün bildirək ki, Bakı-Şamaxı yolunun genişləndirilməsi nəticəsində 114 saylı marşrut xəttinin hərəkət sxemində məcburi dəyişiklik olub. Belə ki, “Müşviq” qəsəbəsinə giriş bağlandığı üçün avtobuslar bu qəsəbəyə daxil ola bilmir və qəsəbəyə daxil olmaq üçün avtobuslar sərnişinlərlə bərabər əlavə olaraq 4 km yol qət etmək məcburiyyətində qalır ki, bu zaman avtobuslar arası interval pozulur, avtobuslarda baş verən gecikmələr sərnişinlərin narazılığına səbəb olur. Eyni zamanda baş verən dəyişiklik nəticəsində ciddi istismar xərcləri və.s.itkilər baş verir.

Bu məqsədlə istismarçı şirkət tərəfindən sentyabr ayında “Müşviq” qəsəbəsinin icra nümayədələri ilə bilikdə əraziyə baxış keçirilib, qəsəbə ilə yeni salınmış yaşayış məntəqəsi arasında qısa məsafəli yolun açılması zərurəti müəyyən edilib və şirkət tərəfindən müvafiq sxem hazırlanıb. Hazırlanmış təklif müvafiq rayon icra hakimiyyətinə ünvanlanıb. Lakin bu günə kimi heç bir rəsmi cavab verilməyib.

Bütün bunlara baxmayaraq 114 saylı marşrut xətti üzrə bütün zəruri tədbirlər şirkət tərəfindən görülür və yaxın zamanlarda həmin xəttin “Bakı Kart” elektron ödəniş sisteminə keçidi nəzərdə tutulub.

Xəbər 1790 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +