Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?
Sabah güclü külək əsəcək
Bakının bu ərazisi susuz qalacaq
Daha bir nəfər metil spirtindən ölüb
Xəzərdə dənizində zəlzələ olub


14.05.2021  20:11 

HƏMAS İsrailə zərbələr endirdi - Yaralanan var





A+  A-

Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı İsrailin Beer-Şeva şəhəri istiqamətində raketlərin buraxıldığını bəyan edib.
Bu barədə XəzərNews.az Fələstinin “Saut Al-Aqsa” radiostansiyasına istinadən xəbər verir.

Onun məlumatına görə, sahil anklavından yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da-red.) İsrail ordusunun obyektlərinə endirilən raket zərbələri yəhudi dövlətinin Qəzza sektoruna endirdiyi zərbələrə cavab olub.

“The Times of Israel” qəzetinin İsrail Səhiyyə Nazirliyindəki mənbələrinə istinadən verdiyi xəbərə görə, radikalların Qəzza sektorundan Beer-Şeva şəhərini atəşə tutması zamanı bir israilli xəsarət alıb.

Nəşrin məlumatına görə, mərmilərdən biri avtomagistral ərazisində düşüb. Polis əməkdaşları insidentin baş verdiyi əraziyə girişi bağlayıb.

Xəbər 2077 dəfə oxunub.




04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib

03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?


BÜTÜN XƏBƏRLƏR +