Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


16.02.2023  10:43 

Pulsuzluqdan gələ bilmədilər və öldülər...





A+  A-

“Quru sərhədlərin bağlı olması və AZAL-ın dodaq uçuqladan qiymətləri o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu”.

Bu sözləri Türkiyədə təhsil alan azərbaycanlı tələbə İbrahim İbrahimov Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dünyasını dəyişən 4 azərbaycanlı tələbə ilə bağlı yazıb.

O bildirib ki, normalda qış tətillərində azərbaycanlı tələbələrin hamısı Vətənə qayıdır:
“4 nəfər. 4 gələcək. 4 ümid.

Universitetdə artıq tətil idi. 3 həftə əvvəl mən və 2 dostumuz Bakıya qayıtmışdıq. Normalda da qış tətillərində hamımız Azərbaycana dönürdük. Amma quru sərhədlərin bağlı olması və AZAL-ın (“Azərbaycan Hava Yolları” QSC) dodaq uçuqladan qiymətləri, o uşaqlara tətildə öz doğma ölkələrinə gəlməyə əngəl oldu. O uşaqlar hamısı bir ailənin ümidi idi. Amma o ümidlər artıq yoxdur. Artıq bizim də ümidimiz yoxdur. Qızını görmək üçün Gürcüstan sərhədindən gizlin keçmək istəyən ananın da, tanımadığımız yüzlərlə insanların da.

4 ildə gözəl xatirələrimiz olmuşdu. Amma həyat bizə bunları yaşatdı. Nur içində yatın, yoldaşlar…”

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb. Onların - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri artıq Bakıya gətirilib.

Qeyd edək ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir./Yeniavaz.com

Xəbər 1112 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +