Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


19.11.2018  10:08 

Az qala daha bir faciə olacaqdı... - İki qurumdan bir-birinə ittiham





A+  A-

Bakı Nəqliyyat Agentliyi 160 nömrəli avtobusla bağlı sosial şəbəkələrdə yayılan video görüntülərə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Masil Ağayevin sözlərinə görə, məsələ nəzarətə götürülüb və ciddi araşdırılıb. Aydın olub ki, sürücü Nicat Mahmudov dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və işıqfor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb:

“Təqdim edilən video görüntüdən də aydın bilinir ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun başının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova görüntülərlə bağlı “Qafqazinfo”ya açıqlamasında hər hansı bir gecikmənin olmadığını, şlaqbaumun vaxtında bağlandığını bildirib:
“Qatar gələn zaman işıqforun qırmızı işığı yanıb sönür. Bu, xəbərdarlıqdır ki, şlaqbaum bağlanacaq artıq. Və ardından bir neçə saniyə sonra isə şlaqbaum bağlanır. Bizim əməkdaşlarımız həmin ərazidə olub test çəkiliş ediblər. Videodan da aydın olur ki, heç bir sürücü bu xəbərdarlığa məhəl qoymur. Noyabrın 17-də yaşanan hadisə də bu cür olub. Sürücü həyəcan siqnalına baxmayaraq tələsik keçmək istəyib və bu zaman şlaqbaum avtomatik bağlanıb. Nəticədə şlaqbaun avtobusun üzərinə düşüb. Burada hər hansı bir gecikmə halı yoxdur”.

VİDEO

Xəbər 5997 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +