Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


21.02.2018  09:32 

Polkovnikdən AÇIQLAMA: “Ermənilər hücuma keçə bilər”





A+  A-

“Ermənistan tərəfi Azərbaycanda prezident seçkiləri, xüsusilə məşhur aprel döyüşlərinin 2-ci ildönümü ərəfəsində cəbhədə təxribatlar törədə, bəzi yerlərdə hücuma keçə bilər. Ona görə də həddən artıq diqqətli, ayıq-sayıq olmaq lazımdır”.
XəzərNews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin bildirib. Təcrübəli hərbçi fikirlərini belə əsaslandırıb: "Bilirsiniz ki, bu il aprel döyüşlərinin 2-ci ildönümü olacaq. Bizim düşmənlərimiz isə təxribatlar üzrə ustadırlar. Onlar həmişə hansısa tarixi hadisələr ərəfəsində belə şeylər edirlər. Havalar da getdikcə istiləşir. Adətən, fəal hərbi əməliyyatlar da belə vaxtlarda olur. Ona görə də ermənilər aprelin əvvəllərində cəbhənin istənilən istiqamətində təxribatlar törədə, hətta bəzi yerlərdə hücum əməliyyatı həyata keçirə bilərlər.

Onlar hələ də 2 il əvvəlki məğlubiyyəti, Azərbaycan Ordusunun uğurlu əməliyyatını həzm edə bilməyiblər. Elə bu səbəbdən də özlərini göstərməyə, guya nəyəsə qadir olduqlarını sübut etməyə çalışacaqlar. Onlar buna çoxdan hazırlaşırlar. Hərçənd, onların silahlı qüvvələrinin hansı vəziyyətdə olması, orduda mənəvi-siyasi-psixoloji durumun necə bərbad olduğunu hamı bilir. Ona görə də bunun belə olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Bunu nəzərə alaraq cəbhədə təxribatların, özü də ciddi şəkildə baş verə biləcəyini söyləmək olar".



Ekspertin sözlərinə görə, baxmayaraq ki, ATƏT-in Minsk qrupu vasitəsilə Azərbaycan və Ermənistan cəbhədə atəşkəsə əməl edilməsi, gərginliyin artmamasına dair razılığa gəliblər, yenə də arxayın olmaq olmaz: "Ermənilərdən nə desən, gözləmək olar. Biz buna həmişə hazır olmalıyıq. Əgər Ermənistan tərəfinin son bəyanatlarına, açıqlamalarına nəzər yetirsək, görərik ki, onlar ümumiyyətlə, Azərbaycan torpaqlarını azad etmək niyyətində deyillər. Biz isə bununla heç zaman barışa bilmərik.

Fikrimcə, bizim Ali Baş Komandanımız və müdafiə nazirimiz bunları izləyir və bilir, mövqeyi və tapşırıqları da bəllidir. Azərbaycan Ordusu ermənilərin istənilən təxribat və hücum cəhdinin qarşısını almağa hazır və qadirdir. Azərbaycan Silahlı Qüvvələri gün-gündən güclənir, ordunun döyüş hazırlığı artır. Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnika ilə təchiz olunub. Keçirilən hərbi təlimlərdə ordumuz özünü ən yaxşı tərəfdən göstərib. Ona görə də əgər ermənilərin belə cəhdləri olarsa, yenə də onlarda heç nə alınmayacaq. İstəyirlərsə, qoy etsinlər. Sadəcə bu dəfə daha böyük itkilərlə üzləşəcəklər, bundan yaxa qurtarmaq mümkün deyil".

Xəbər 2065 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +