Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


30.11.2021  14:45 

“Nar” milli internet resurslarına dəstək olur





A+  A-

Azərbaycanda milli internet resurslarının inkişafınadəstək məqsədilə,yüksək keyfiyyətli mobil rabitə və internet təminatçısı kimi “Nar” növbəti dəfə “NETTY”milli internet mükafatına dəstək olur.

XəzərNews.az xəbər verir ki, müsabiqədə iştirak üçün artıq “NETTY” təşkilat komitəsinə 6 əsas nominasiya üzrə 200-dən çox müraciət daxil olub.Növbəti mərhələdə Ekspertlər Şurası və Virtual Münsiflər heyəti “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə təqdim edilən layihələri qiymətləndirəcək.

Xatırladaq ki, bu gün müsabiqədə iştirak üçün müraciətlərin qeydiyyatının son günüdür. Qeydiyyat 30 noyabr saat 00:00-dək açıqdır. Müraciətlər netty.az/registration səhifəsi üzərindən həyata keçirilir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.


Xəbər 1419 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +