Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


02.11.2023  12:17 

Arif Hacılının oğlu həbs edildi





A+  A-

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı məhkəmə qarşısına çıxarılıb.

Xəzərnews.az xəbər verir ki, prokuror onun barəsində ibtidai istintaq dövrü müddətində həbs qərarı verilməsini istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, O.Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, O.Hacılıya qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan olunub.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə "Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib./"Qafqazinfo”

Xəbər 1657 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +