Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


27.11.2022  10:52 

“Hədsiz səlahiyyətlər Naxçıvanı Bakıdan xeyli uzaqlaşdırmışdı”





A+  A-

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda apardığı əməliyyatın başlanğıcı DTX Naxçıvan Baş idarəsini yaradanda qoyulmuşdu”.

XəzərNews.az xəbər verir ki, bunu “AzPolitika.info”-ya təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX-nın Muxtar Respublikada keçirdiyi əməliyyatları şərh edərkən deyib.

“Müstəqilliyimizdən üzü bəri Naxçıvan Muxtar Respublikasına verilmiş hədsiz səlahiyyətlər Naxçıvanı rəsmi Bakının təsirindən xeyli uzaqlaşdırmışdı. Faktiki olaraq, Naxçıvana getmək naxçıvanlı olmayan Azərbaycan vətəndaşları üçün problemli olub. Naxçıvandakı güc strukturları isə Bakıya hesabat verməkdən yayınırdılar. Mülki qurumlara da bir əlahiddəliyin verilməsi bölgə məmurlarını şişirtmiş və özbaşınalığı hədsiz səviyyəyə çatdırmışdır...Buna son verməyin zamanı çoxdan çatıb” - deyə, İlham İsmayıl qeyd edib.

Ekspert vurğulayıb ki, məlumatlara görə Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması gündəmdədir və bu istiqamətdə köklü dəyişikliklər gözlənilir.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının nazirliklərinin də birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ediləcəyi gözlənilir, o cümlədən rayonların icra hakimiyyətləri də...

“Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ləğvi məqsədəuyğun sayılır. Naxçıvan rəhbərliyi bu islahatlarla barışmalı, yersiz müqavimət və narazılıqlar ifadə etməməlidir”, - İlham İsmayıl əlavə edib.



Xəbər 1179 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +