Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


28.10.2022  10:20 

Putin “Valday”da Qarabağla bağlı nə deyib?





A+  A-

Hiss olunur ki, əvvəlki Putindən fərqli olaraq hazırkı Putin indi daha çox adekvat danışmağa və əsl həqiqətləri dilə gətirməyə başlayır. “Valday” klubunda çıxışı zamanı Rusiya prezidenti keçmiş "Dağlıq Qarabağ münaqişəsi"nin uzun illər həll edilməməsində Ermənistanı günahlandırdı.

Gəlin onun fikirlərinə ümumi bir nəzər salaq:

"Rusiya uzun illər Ermənistana təklif edirdi ki, 5 rayonu Bakıya verməklə Qarabağ problemini həll etsin. Uzun illər erməni tərəfi ilə dialoq aparırdıq və Qarabağla bağlı məsələni həll etməyi təklif etmişdik. Faktiki olaraq Ermənistan Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Biz dedik: Gəlin, münasibətlərin normallaşmasına doğru addımlayaq, 2 rayon var, böyük rayonlar... Hansısa mərhələdə Azərbaycanla razılaşaq. 5 rayonu verin, onlar lazım deyil, sadəcə boşdur, insanlar oradan sadəcə qovulub. Nə üçün bu rayonları saxlayaq? Heç bir mənası yoxdur.

Qarabağla əlaqə üçün 2 rayon (Laçın və Kəlbəcər nəzərdə tutulur - red.) kifayət qədər böyükdür. Düşünürdük ki, qaçqınların ora qayıtması ədalətli olardı. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı. Amma Ermənistan rəhbərliyi öz yolu ilə getdi, bildiyiniz kimi, bu, bu gün yaranmış vəziyyətə gətirib çıxardı.

Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq.

Əlbəttə, hansısa variantı seçmək erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik.

Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. Əgər Ermənistan belə hesab edirsə, o zaman buyursun, biz erməni xalqının istənilən seçimini dəstəkləməyə hazırıq.

Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın hansısa özəllikləri, xüsusiyyətləri var və bu xüsusiyyətləri gələcək sülh müqaviləsində nəzərə almaq lazımdır, bu da mümkündür.

Ancaq heç şübhəsiz ki, Azərbaycanla anlaşmaq lazımdır. Elə etmək lazımdır ki, bu anlaşmlar Azərbaycan üçün də məqbul olsun. Bu çox mürəkkəb, ağır məsələdir.
Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz əlbəttə ki, Azərbaycanın da maraqlarını nəzərə almaqla, Ermənistan nəyi təklif edərsə o istiqamətdə də addım atacayıq".

***

Rusiya liderinin Ermənistanı ittiham etməsi bir xeyli gecikmiş ittihamdır. Ancaq necə deyərlər, buna da şükür.

Ukrayna "bataqlığı"nda gündən-günə gücünü itirən Rusiyanın Cənubi Qafqazdakı siyasətinə korrektələr etməsi təbiidir.

Putin indi Qarabağla bağlı Azərbaycana qarşı keçmiş səhvlərini düzəltməyə və eyni zamanda nankor Ermənistanı cəzalandırmağa çalışır. Amma eyni zamanda da Ermənistanı əlindən buraxmamaq üçün Paşinyan iqtidarına və erməni xalqına şirnikləndirici ismarıclar yollayır.

Bəybala Mirəzyev
XəzərNews.az


Xəbər 950 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +