Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


02.06.2022  12:08 

Əfəndiyev nümunəsi...





A+  A-

Ta qədim zamanlardan bu yana aqillər haqlı olaraq deyərdilər ki, insanı sözlərinə görə yox, əməllərinə görə tanı...

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oqtay Əfəndiyev də Vətənə sədaqətlə xidmət nümunəsini elə məhz öz əməllərilə göstərib və göstərir. Oqtay müəllim artıq dördüncü dəfədir Ukrayna ordusuna 1 milyon qrivna məbləğində maliyyə yardımı köçürüb.

Xeyli təvazökar insan olan Oqtay Əfəndiyev haqqında bu kimi sözləri özü xoşlamasa da, mən yenə də onun əməllərini ictimailəşdirməyin vacib olduğu qənaətindəyəm.

Məncə, Əfəndiyev nümunəsi Aazərbaycan xalqının xeyirxahlıq, darda olana əl tutmaq kimi nəcib keyfiyyətini biruzə verməklə başqalarını da hərəkətə gətirməlidir.



Ukrayna ordusuna maliyyə yardımlarından savayı Oqtay Əfəndiyev həmçinin ərazi müdafiə dəstələrinə, mülki əhalidən maddi sıxıntıya düçar olanlara da ərzaq yardımı göstərir.

Qurani-Kərimdə də buyurulub ki, əməllər dəftərində ən kiçik xeyirxahlıq belə mütləq qeyd olunur, hətta “toz dənəsi boyda xeyirxah əməl sahibləri də onu görəcək”.

Mən də bu gün qat-qat güclü düşmənlə mərdliklə vuruşan Ukrayna üçün hər kəsin imkanı daxilində nə isə əhəmiyyətli iş görməsini arzulayıram.

Ukrayna xalqı başına gələn bu ağır sınaqlardan üzüağ çıxacağını bəri başdann göstərib.



Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu da Ukrayna cəmiyyətinin bir parçası olaraq Ukrayna dövlətçiliyinin keşiyində daima duracaq. Hələ Oqtay Əfəndiyev kimi yoldaşlarımız varkən bütün çətinlikləri dəf edərək ölkəmizi ləyaqətli gələcəyə apara biləcəyimizə əsla şübhə etmirəm.

Hikmət Cavadov
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri



Xəbər 1835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +