Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


01.06.2022  11:14 

“Bütün layihələrimiz fasiləsiz fəaliyyət göstərir” - Prezident





A+  A-

Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Enerji təhlükəsizliyi tam təmin edilmirdi. Elektrik kəsintiləri, qaz tədarükü problemləri var idi. Beləliklə, biz öz enerji təhlükəsizliyimizin təmin edilməsi üçün çox çalışmağa başladıq və bu baş verdi. Biz eyni zamanda, paralel olaraq beynəlxalq investorlarla, neft istehsalının artırılması və beynəlxalq bazarlara çatdırılması məqsədi ilə dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik.

Ötən əsrin sonunda önəmli hadisə baş verdi: Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı oldu. Bu, bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi”
, - Prezident İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazının ilk dəfə ixracına başlanılıb.

Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, eləcə də Azərbaycanın bütün digər enerji nəqli infrastrukturu layihələri fasiləsiz fəaliyyət göstərir: “Əlbəttə, bu, proqnozlaşdırıla bilənliyi, etibarlılığı nümayiş etdirir. Bu nümayiş etdirir ki, biz belə nəhəng infrastruktur layihələrini həyata keçirməyə qadirik”.


Xəbər 1614 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +