Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


21.04.2021  21:48 

Avrokomissardan Azərbaycan və Ermənistana - Çağırış





A+  A-

“Üçtərəfli bəyanat imzalanandan sonra artıq gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik. Vəziyyətin stabilləşdirilməsi, gərginliyin azaldılması üçün diqqəti barışıq və etimadın yaradılmasına yönəltməliyik”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri AŞPA-da Avropa İnsan haqları komissarı Dunya Miyatoviç rəhbərlik etdiyi qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim etdikdən sonra deputatların suallarını cavablandırarkən söyləyib.

Komissar deyib ki, müharibə hər iki tərəf üçün həssas məsələdir:

“Müharibə dayanıb və indi gələcəyə baxmalıyıq. Komandamla bölgəyə səfər etməyə hər an hazırıq. Avropa Şurası olaraq bizim post-münaqişə ərazilərində işləmək öhdəliyimiz var. Hər iki ölkə gələcəyə baxmalı və gələcəyə doğru irəliləməlidir. Polemikalar buna yardım etməyəcək”.

Üçtərəfli bəyanatın icrasını diqqətlə izlədiyini deyən Dunya Miyatoviç bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çərçivəsində müşahidələr davam edir. Onlar Ali Komissarlığının nümayəndələri ilə əlaqə saxlayır və həmkarları ilə birlikdə çalışırlar.

Xəbər 2579 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +