Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


30.03.2021  09:07 

Rusiya ilə müharibə təhlükəsiylə bağlı - Ukraynadan açıqlama





A+  A-

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ilə açıq müharibə hazırlığı təsbit etmir, ancaq hadisələrin bu istiqamətdə inkişafı təhlükəsi var”.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak deyib.

“Bir gün səhər oyanıb müharibə ilə qarşılaşacağımızla bağlı birbaşa təhlükə varmı? Bu gün Baş Qərargah situasiyanı belə dəyərləndirir ki, sabah belə bir şey olmayacaq. Çünki bunun baş verməsi üçün müvafiq hərəkət və amillər olmalıdır. Rusiya tərəfindən də müvafiq hərəkət və amillər müşahidə olunmur.Ancaq əlbəttə ki, təhlükə var. Hər şeydən əvvəl, ona görə ki, Rusiya öz planlarından əl çəkmir”, - deyə Xomçak bildirib.

O qeyd edib ki, Donbasda eskalasiya vaxtaşırı baş verir. Ukraynanın şərqində atəşkəs barədə razılığa gəlindikdən dərhal sonra bir ayda 50-yə qədər hücum qeydə alınıb. Bu tendensiya xüsusilə avqust və sentyabr aylarında müşahidə olunub. Xomçak əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri 27 iyul 2020-ci ildə atəşkəs elan edildiyi gündən bəri “yüksək səviyyədə elan edilmiş razılaşmaları yerinə yetirir”.

Xəbər 2693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +