Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


08.08.2019  11:23 

Xüsusi təyinatlılar girov götürüldü - Atambayev hardadır?





A+  A-

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin iqamətgahı ətrafında gərginlik davam edir.
XəzərNews.az xəbər verir ki, RİA Novosti-nin həmin ərazidə olan müxbirinin məlumatına görə, eks-prezidentin tərəfdaşları xüsusi xidmət orqanı əməkdaşlarını girov götürüblər.

Girov götürülmüş 6 xüsusi təyinatlıya təcili tibbi yardım göstərilib.

“Hökumət qoyulmuş tələbləri yerinə yetirməyib, buna görə də girovlar hələ ki, bizim əlimizdədir. Onların vəziyyəti normaldır”, - deyə Atambayevin tərəfdarlarından biri müxbirlə söhbətində qeyd edib.

Gecə saatlarında gələn həkimlər xüsusi xidmət orqanı əməkdaşlarına sarğı qoyublar.

Son məlumatlara görə, insident nəticəsində yaralananların sayı 50-yə yaxınlaşır, 1 nəfərin isə öldüyü deyilir.

2011 – 2017-ci illərdə ölkəsinə rəhbərlik etmiş Atambayev kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsində və bir sıra digər cinayətlərdə ittiham edilir. O, bununla bağlı keçirilən məhkəmələrdə ifadə verməkdən imtina edib.

Ötən gün Atambayevin həbsi haqda xəbər yayılsa da, qızı və köməkçisi Fərid Niyazov bunu təkzib ediblər. KİV-in ikinci versiyasına görə Atambayev artıq tərəfdaşları tərəfindən gizli şəkildə evindən çıxarılıb.

Xəbər 1696 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +