Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


04.02.2019  14:35 

Əkrəm Həsənovun qardaşına 7 il cəza verildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində içkili vəziyyətdə avtomobil idarə edərək iki nəfərin ölümünə səbəb olan Şamil Həsənova hökm oxunub.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ş.Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2018-ci il martın 12-də saat 02 radələrində Sumqayıt şəhərində baş verib. Şamil Həsənov sərxoş halda idarə etdiyi “Hyundai Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində Eldar Həsənovun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşub. Nəticədə E.Həsənov və sərnişini Vüsal Quliyev hadisə yerində vəfat edib.

Şamil Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Xatırladaq ki, Əkrəm Həsənov bir neçə dəfə müzakirələrə səbəb olan fərqli fikirləri ilə gündəmə gəlib.

Ş.Həsənov isə özünün avtomobil həvəsi ilə medianın gündəmində olub. Əslən Qubadlıdan olan Ş.Həsənov 039 seriyası ilə avtomobillər nümayiş etdirib. Bildirək ki, bu seriya Qubadlı rayonunun avtomobil dövlət nömrə nişanıdır.

Xəbər 1505 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +