Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


08.11.2018  16:37 

Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı





A+  A-

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, Böyük Britaniyanın Kral Ədalət Məhkəməsinin bu gün keçirilən iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən həftə İngiltərənin paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı "Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün "Harrods"un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550 jet" təyyarəsini aldığını da ortaya çıxarıb.

Ötən həftə onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və "Christie" auiksionunda satışa çıxarılması nəzərdə tutulub.

Xəbər 1328 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +