Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


24.02.2018  18:56 

Ermənilər “Xocalı”nı anlatan bukletin paylanılmasına mane olmaq istədi -Foto+Video





A+  A-

Bu gün Ukraynanın Borispol Hava Limanında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları ilə ermənilər arasında insident yaşanıb.
XəzərNews.az xəbər verir ki, insidentə səbəb diaspor fəallarının Xocalı soyqırımının ildönümü ərəfəsində sərnişinlərə sözügedən faciəni anlatan buklet paylamaları olub.
Aksiyanın keçirilməsinə etiraz edən ermənilər gənclərə mane olublar, sonra isə Hava Limanı rəhbərliyinə şikayət ediblər. Lakin aksiyanın icazəli olduğunu öyrənən ermənilər geri çəkiliblər.
Bir neçə saat ərzində iki minə yaxın sərnişinə Ukrayn dilində hazırlanan və Xocalı soyqırımını anlatan bukletlərin paylanılmasına nail olunub.
UABD-yə icazəli aksiyanın təşkilində AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov dəstək göstərib.
Qeyd edək ki, aksiyada UABD sədri Hikmət Cavadov özü də iştirak edib. Aksiya başa çatandan sonra H.Cavadov bildirib ki, artıq ofislərdə və konfrans zallarında təbliğat aparmaq dövrü arxada qalıb: “Ötən il Kiyevdə və Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında Xüsusi Buraxılış olan 30 min qəzet payladıq. Kiyevin metro çıxışlarında plakatlar asdıq. İldönüm çərçivəsində tədbirlərimiz davam edəcək”.












Xəbər 5133 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +