Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


23.02.2018  18:11 

Tacı əlindən alınan erməni oğruya Lotu Qulinin qətli sifariş edildi





A+  A-

Türkiyə polisi qanuni oğru David Alxanaşvilinin qatilinin izinə düşüb.
XəzərNews.az "Ölkə.Az”a istinadən xəbər verir ki, Dato Pankisskiy adı ilə tanınan qanuni oğru ötən ilin 22 dekabr tarixində İstanbulda öldürülüb. Məlum olub ki, qətli Ermənistan vətəndaşları törədib.

Alxanaşvilinin qətlinin təşkilatçısı erməni əsilli qanuni oğru Andranik Soqoyandır. O, kriminal aləmdə Zap Leninakanskiy adı ilə tanınır. Bildirilir ki, Andranik qətli Şakro Molodoyun qardaşı oğlu Dato Ozmanovun sifarişi ilə həyata keçirib. Dato 2011-ci ildə Belçikada bir neçə qanuni oğru tərəfindən, onların arasında Pankisskiy də olub, möhkəm döyülüb.
Zap və onun ətrafı qanuni oğrular tərəfindən döyülüblər və onların oğru tacı əllərindən alınıb.

Qətlə yetirilən Alxanaşvilinin etnik cəhətdən çeçen olması, onun ölümündə azərbaycanlı qanuni oğru Nadir Səlifovun da adının hallanmasına səbəb olub. Lotu Qulinin Aziz Batukayev başda olmaqla, çeçen qanuni oğrularla sözü çəp gəlib.

Amma Ozmanovdan fərqli olaraq, Qulinin Pankisskini öldürmək, bu işi İstanbulda görmək üçün heç bir motivi olmayıb. Quli beynəlxalq axtarışda olsa da, İstanbulda özünü təhlükəsiz hiss edir.
Quli, ona qarşı sui-qəsd hazırlayan Namiq Canıyev, Hacı Beyləqanski və digərlərinə qarşı ifadə verməkdən imtina etdiyi üçün şəxslər azadlığa buraxılıb. Qulinin evinin yaxınlığında saxlanılmalarını isə onlar, bu evi almaq üçün baxdıqları ilə izah ediblər.

Gözlənildiyi kimi, Namiqin azadlığa çıxması ilə Qulinin aradan götürülməsi barədə cəhdlər sürətlənib. Rusiya mətbuatının xəbərinə əsasən, Namiq Canıyev ötən həftə Zapla görüş keçirib. Görüşdə Qulidən qisas almağa and içən Zaur Əhmədov da iştirak edib. Zaur, Rövşən Lənkəranskinin biznesinə nəzarət edir.

Xəbər 3485 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +