Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


03.11.2017  17:11 

Müəlliməyə əxlaqsız təklif etdiyi iddia edilən direktor DANIŞDI - VİDEO





A+  A-

Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia etmişdi.
Həmin iddia mediada böyük səs-küyə səbəb olmuş və nazirlik tərəfindən araşdırılma başlanmışdı.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, əxlaqsız təklif etdiyi iddia edilən məktəb direktoru Allahverdi Vəliyev məsələ ilə bağlı danışıb. Musavat.com saytına danışan direktor bütün iddiaların əsassız olduğunu bildirib: "Həmin xanım buradan əvvəlki iş yerində də problemlər yaradıb. Direktora hücum çəkib. Hətta məsələ hüquq mühafizə orqanlarına qədər gedib çıxıb. Sonra nazirlik humanist addım atıb, onun 3 övladını nəzərə alıb, onu işə qəbul edib, onu buraya təyin edib. 2016-cı ilin aprel ayında burada işə başlayan həmin xanım dəfələrlə müxtəlif üsullarla işdən yayınıb. Onun tək istəyi məktəbdə vəzifəyə sahib olmaq idi.

Dəfələrlə bu barədə söhbət açıb. Baş tərbiyəçi olmaq niyyətində idi. Mən də ona bildirmişəm ki, mənim elə səlahiyyətim yoxdur. Bu işə nazirlik baxır. Sonra məni hədələməyə başladı. Sonda da mənə böhtan atdı. Mənim işimə, yaşıma, şərəfimə belə addım atmaq yaraşmaz. Mən atayam, nəvələrim var. Haqqımda belə yazıların yazılması mənə pis təsir etdi. Bu məktəbdə işləyən bütün kollektivdən soruşa bilərsiniz. Mən hamısına ata və qardaş kimi davranıram. Bu məsələdən sonra nazirliyin əməkdaşları ilə birlikdə həmin xanım da məktəbə gəlmişdilər. Araşdırma aparıldı. Özünün də imzası ilə hadisənin yalan olması ilə bağlı akt tərtib edilidi. O ki, qaldı uşaqların təmizlik aparması ilə bağlı yaydığı videoya, onu da özü planlayıb. Süpürgəni verib uşağın əlinə, videosunu çəkib. O hadisə də araşdırıldı və yalan olduğu sübut edildi. Bir daha bəyan edirəm ki, həmin xanımın dedikləri sonuna qədər böhtandır".


Xəbər 1692 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +