Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


15.09.2017  23:56 

Bakıda “OPEL” AzTV-nin loqosu ilə taksiçilik edir





A+  A-

Şəhərdə şirkətlərdən birinin taksi xidməti göstərən nəqliyyat vasitəsi ön şüşəyə yapışdırdığı yazı ilə marağa səbəb olub.
XəzərNews.az Big.az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti göstərən 99-CK-163 dövlət nömrə seriyalı “Opel Astra” markalı avtomobil polislərdən yayınmaq məqsədi ilə ön şüşəsinə Azərbaycan Dövlət Telelviziyasının loqosunu yapışdırıb.

Məsələ ilə bağlı açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bunu qanunsuz əməl adlandırıb: “Bu, sadəcə olaraq biabırçılıqdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə fərqlənmə nişanı və taksi işarəsi kifayət edir. Hansısa loqodan istifadə etmək qanunsuzluqdur. Bunun cəriməsi yoxdur. Həmin şəxsi ancaq həmin taksi xidməti daxili qaydalara uyğun şəkildə cəzalandıra bilər. Çünki əlavə lövhədən istifadə edir, amma görünür sürücü bunu polisdən yaxa qurtarmaq üçün edib. Həmin şəxsin cəzalandırılması yalnız televiziya rəhbərliyinin hüquq mühafizə orqanalarına şikayəti əsasında mümkündür”.

Sözügedən taksi şirkətinin rəsmisi Bədir Balaxanov isə açıqlamasında həmin şəxsin taksi sürücüsü kimi şirkətə müraciət etdiyini bildirib: “Həmin şəxs bizə taksi sürücüsü kimi müraciət edib. Onun televiziya əməkdaşı olub-olmaması araşdırılacaq. Əgər qanunsuz şəkildə televiziyanın adından sui-istifadə edirsə, o dərhal bizim şirkətlə əməkdaşlıqdan uzaqlaşdırılacaq”.

Xəbər 1559 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +