Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


15.09.2017  13:27 

“İraqda saxlanılan azərbaycanlı qadınlar haqda rəsmi xəbər gəlməyib“





A+  A-

"The Independent" yazır ki, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.
Məqalədə qeyd olunur ki, hökumət qoşunları özünü “İslam Dövləti” (İŞİD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.
İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir, lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var.
Hər halda İraq ordusu və kəşfiyyatının rəsmiləri belə deyiblər.
Qadınlar və uşaqlar Mosul şəhərindən cənubdakı düşərgədə saxlanır. Onların əksəriyyəti avqustun 30-dan burada olduğu bildirilir. Həmin gün hökumət qoşunları Mosulun İŞİD-dən azad edilməsini başa çatdırıblar.
"The Daily Caller" portalında dərc edimiş xəbərdə isə deyilir ki, Tel-Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Onlardan birinin Azərbaycandan olduğu bildirilir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bu barədə KİV-lərdən oxuğunu qeyd edir:

“Bizdə İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqlar olduğuna dair rəsmi məlumat yoxdur”.

Dövlət Təhlükəsizliyi Xidmətindən məsələyə münasibət almaq mümkün olmayıb.

Xəbər 1559 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +