Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


29.07.2017  11:12 

Azərbaycanda nə qədər taxıl toplandı?





A+  A-

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu vaxta qədər payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 2515,1 min ton təşkil edib və məhsuldarlıq 28,9 sentnerə bərabər olub. Yığılmış məhsulun 1696,6 min tonu və yaxud 67,5 faizi buğda, 797,8 min tonu (31,7 faizi) arpa, 20,7 min tonu (0,8 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

Respublikanın 12 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, qalanlarında isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.

Ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Saatlı (1 hektardan 40,7 sentner), Sabirabad (müvafiq olaraq 38,9), Bərdə (38,3), İsmayıllı (37,3), Ağcabədi (37,1), Ağdam (37,0), Tərtər (36,4) və İmişli (35,4) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki (214,7 min ton), Cəlilabad (188,8 min ton), Neftçala (118,8 min ton), Füzuli (103,1 min ton), Sabirabad (95,7 min ton), İsmayıllı (90,9 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (85,5 min ton) müşahidə olunub.



Xəbər 2017 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +