Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.05.2020  16:03 

Bu mövzular qəbul imtahanının II mərhələsinə salınmayacaq





A+  A-

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin proqramından çıxarılan mövzzuların siyahısı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən xəbərə görə, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.

Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nı qısaldılmış formada təqdim edirik.

Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnib və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular - http://dim.gov.az/upload/iblock/c8a/c8a65830bc39199769211ed314dac292.pdf

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının 1-ci nömrəsində tanış olmaq olar. Jurnalı DİM-in kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

Xəbər 1735 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +