Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


25.08.2017  10:54 

Azərbaycanda “vorzakon”lar arasında atışma - Quliyə qarşı





A+  A-

Azərbaycanlı kriminal avtoritetlər arasında yeni “müharibə” başlayır.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Artıq bir qrup “qanuni oğru” azərbaycanlı qanqsterlərin lideri Nadir Səlifova (Lotu Quli) mesaj da göndərib. Belə ki, Qulinin bir neçə adamı döyülüb, atışma baş verib. Səlifovun reputasiyasına bələd olan əməliyyatçılar onun tezliklə "müxalifətin ovuna” çıxacağını gözləyirlər.

Mənbənin sözlərinə görə, uzun danışıqlardan sonra 4 azərbaycanlı “vor zakon” Quliyə qarşı vahid müxalifət yaradıb. Söhbət Rafiq Eyvazov (Rafik Masallinski), Cavid Məmmədov (Dato Ağcəbədinski), Emin Əhmədov (Emin Hacıqabullu) və Ceyhun Əskərovdan (Ceyhun Gəncəli) gedir. Onların daha əvvəl Rövşən Lənkəranskinin klanına daxil olan avtoritetlərdən dəstək aldıqları da qeyd edilir. Həmin müxalifət qrupu arasında Lənkəranskinin qohumu Zaur da var.

Silahlı atışma ilə qeydə alınan qarşıdurmalardan birinin Azərbaycanda baş verdiyi qeyd olunur.

Mənbə onu da əlavə edi ki, “qanuni oğru”ların ona qarşı birləşməsi Quli üçün gözlənilməz olub. Lakin artıq özünə gələn avtoritet qruplaşmaya qarşı əməliyyata hazırlaşır.

Xəbər 1613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +