Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.03.2023  20:09 

Ukraynalı deputatların Bakı görüşləri davam edir - Foto





A+  A-

Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları bu gün Ticarət və Sənaye Palatasının vise-prezidenti Nazim Tatlıyevlə görüşüb.

XəzərNews.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsi, Azərbaycan özəl sektorunun Ukrayna iqtisadiyyatına sərmayə yatırması və Ukrayna şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızın bərpasında iştirakı məsələləri müzakirə olunub.

Ukraynalı millət vəkilləri Ukrayna Ali Radanın sədri Ruslan Stefançukun adından Ukrayna xalqına humanitar məsələlərinin həllində və digər sahələrdə yaxından kömək olan Azərbaycan vətəndaşlarına minnətdarlıq ifadə ediblər.

Nümayəndə heyəti Ukraynanın Azərbaycandakı səfirilə birgə Bakıdakı Ukrayna Mərkızinə baş çəkərək onların fəaliyyətilə tanış olublar.

Qeyd edək ki, 2021-ci ildə açılmış Ukrayna Evində Ukrayna dilinin tədris olunduğu siniflər fəaliyyət göstərir. Məqsəd Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə vermək, Ukrayna dilinə Azərbaycanda maraq yaratmaqdır.

Xatırladaq ki, parlamentlərarası dostluq qrupunun həmsədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət nümayəndə heyəti üç gündür Bakıda səfərdədirlər. Onlar Xarici İşlər Nazirliyində, Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyində, Milli Məclisdə görüşlər keçiriblər.



Xəbər 1120 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +