Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video


26.02.2025  17:47 

Şahnaz Bəylərqızı ilə bağlı... - Prezidentə təşəkkür etdilər





A+  A-

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupu jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı ölkə rəhbərliyinə təşəkkür edib.

XəzərNews.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı sosial şəbəkə hesabında paylaşım edib.

“Jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daim konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətmizdə əlimizdən gələni edəcəyik”, - paylaşımda bildirilib.

Xatırladaq ki, “Toplum TV” işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı bu gün ev dustaqlığına buraxılıb. Xətai Rayon Məhkəməsi vəkilin vəsatəti əsasında belə qərar qəbul edib. Fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.

Xəbər 1911 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +