Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR


15.11.2021  21:34 

“Müharibədə bədənim yanıb, amma...” - Qarabağ qazisi kömək istəyir





A+  A-

“Vətən müharibəsində ağır yaralanmışam, amma mənə əlillik təyinatı verilmir”.

XəzərNews.az xəbər verir ki, bunu “Pressklub.az” saytına açıqlamasında Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini, qazi Elşən İbrahimov deyib.

O, sosial şəbəkələrdə bir neçə dəfə videomüraciətlər yayaraq üzləşdiyi problemi ictimailəşdirib, ölkə rəhbərliyindən kömək istəyib.

E.İbrahimov deyir ki, müharibəyə müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi qatılıb. Döyüşlərin gedişində – sentyabrın 29-da Hadrut qəsəbəsinin girişində idarə etdiyi tank düşmən tərəfindən vurulub, nəticədə ağır yanıq xəsarətləri alıb:

“Bədənimin əksər əzaları yanmışdı. Əvvəlcə Şirvan Mərkəzi Xəstəxanasında, sonra Saatlıda yerləşən tibb mərkəzində müalicə olundum. Daha sonra Bakıda Əfəndiyev adına Birləşmiş Şəhər Xəstəxanasında müalicəm davam etdirildi”.

Qarabağ qazisi bildirir ki, tank vurularkən həm də başından ağır travma alıb. Müalicədən sonra sağ qolu işləmir. Buna baxmayaraq, ona əlillik təyinatı aparılmayıb:

“Bu ilin iyul ayında müraciətimə imtina cavabı verildi. Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirdilər ki, aldığım xəsarətlərə görə mənə əlillik dərəcəsi verilə bilməz. Əsas gətirdilər ki, xəstəlik tarixçəmdə yazılan qeydlər buna imkan vermir. Mən yenidən müalicə aldığım xəstəxanalara üz tutdum, qulluq etdiyim hərbi hissədən müvafiq sənədləri toplayıb, Tovuzda fəaliyyət götərən Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdim. Amma bu dəfə başqa bəhanə gətirdilər, dedilər ki, əlillik üçün növbəti dəfə müraciəti 6 ay sonra etməliyəm. Yəni, verilən imtinadan ən azı 6 ay keçməlidir”.

Elşən İbrahimov media vasitəsilə müvafiq dövlət qurumlarına müraciət edərək üzləşdiyi bu haqsızlığın, süründürməçiliyin aradan qaldırılmasını istəyir.

Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov isə “Pressklub.az”a açıqlamasında bildirdi ki, Qarabağ qazisi ilə bağlı onlar tərəfindən hansısa yalnış qərar verilə bilməz:

“Nazirlər Kabinetinin qərarına əsasən xəsarət almış şəxslər 6 aydan sonra əlilliklə bağlı bizim quruma müraciət edə bilər. Daha sonra araşdırmalar apararaq həmin şəxsi müayinədən keçirdikdən sonra müalicə dövrü nəzərdə tutula və ya ona əlillik dərəcəsi verilə bilər. Əgər həmin şəxsin qərarla bağlı hər hansı narazılığı varsa, gələn həftənin üçüncü günü komissiyaya gələ bilər. Biz onun müraciətinə yenidən baxa bilərik. Biz hər zaman qazilərə diqqət göstəririk, hansısa yalnış anlaşılma olubsa, onu düzəltməyə hazırıq”.

Xəbər 2784 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +