Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.03.2024  12:24 

Azərbaycanın AŞPA-da olmaması həmin təşkilat üçün itkidir





A+  A-

“Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərinin azad edilməsi üçün 30 il ərzində göstərilən beynəlxalq səylər heç bir nəticə vermədi. Minsk qrupu, BMT və s. Azərbaycan işğal edilmiş torpaqlarını Ermənistandan özü geri aldı. Beləliklə, bu münaqişə bitdi”.

Xəzərnews.az xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda iştirak edən BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır APA-ya müsahibəsində deyib.

“Artıq bu ərazilər geri qayıdıb, hansı ki, həmişə Azərbaycana məxsus olub. Erməni diasporu dünyada Azərbaycana zərər yetirməyə çalışır. Amma bu, sadəcə diaspor fəaliyyətidir və ciddi təsiri ola bilməz.

Məsələn, onlar AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakını əngəlləməyə çalışırlar. Amma bunun əhəmiyyəti yoxdur və bu dəyişəcək, çünki Azərbaycanın orada olmaması AŞPA üçün itkidir.

Onlar Azərbaycan üçün "darıxacaqlar". Və bir gün Azərbaycan nümayəndə heyəti yenidən öz yerinə qayıdacaq”, - türkiyəli diplomat vurğulayıb.

O, eyni zamanda, qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğunun olduğu bir dünyada heç bir qurum Türkiyə və Azərbaycana zərər verə bilməyəcək.

Xəbər 1041 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +