Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı
Ukrayna-Rusiya cəbhəsində 98 toqquşma qeydə alınıb
Ərəblər 4 min cərimələndi - Azərbaycanda
Nurlana Məmmədzadə vəzifəsindən azad edildi
Sumqayıtdakı parkda ağaclar kəsilir? -VİDEO
Abel Məhərrəmovun rektoru ilə münasibəti necədir?
Misir Mərdanov Artur Rəsizadədən yazdı...
Plastik cərrahlardan nə xəbər? - Nazirdən açıqlama
Nazir aparılan islahatlardan danışıb


14.01.2021  15:54 

Müdafiə naziri yeni səfirlə hərbi əməkdaşlığı müzakirə etdi





A+  A-

Bu gün Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Vətən Müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Öz növbəsində diplomat Vətən Müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanla İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin, regional problemlər müzakirə olunub.

Xəbər 1701 dəfə oxunub.




26.02.2025  12:22 

Əli Əsədov qərar İMZALADI

26.02.2025  11:57 

Makron Trampa təzyiq göstərib?

26.02.2025  11:30 

Hərbi təyyarə qəzaya UĞRADI

26.02.2025  10:57 

Bakıya yenidən qar yağacaq

26.02.2025  10:22 

BDU-nun professoru vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +