Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


15.03.2023  09:14 

Dərə kənarından 21 kq narkotika tapıldı





A+  A-

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb.

Həmin şəxsin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın heroin, 2 kiloqram tiryək, 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredən xassəyə malik həb aşkarlanaraq götürülüb.

Araşdırma zamanı Y.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib.

Qeyd edək ki, Y.Ağayevin qardaşı Namik Ağayev də bir ay əvvəl narkokuryerlik etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən 40 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Xəbər 911 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +