Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.05.2019  15:31 

AFFA-dan sərt cəza - 3 oyunçuya 1 illik diskvalifikasiya





A+  A-

AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, toplantıda futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” görüşündə baş vermiş neqativ hallar müzakirə olunub.

Qarşılaşmanın 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum edən “Xəzər Cənub”un üzvü Hamid Raşidi 1 oyunluq cəzalandırılıb. 48-ci dəqiqədə isə onun komanda yoldaşı Amid Şocayi hakimin qərarına etiraz etdiyindən, qırmızı vərəqə almışdı. Ona da 1 oyunluq cəza kəsilib.

Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı da müvafiq qərarlar qəbul edilib. “Xəzər Cənub”in futzalçıları Raşid Qalapur, Amid Şocayi, həmçinin cəzalı olduğuna görə matçı tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya edilib. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Qarşılaşmadan sonra hakimi təhqir edən Hamid Raşidi isə 3 oyunluq cəzaya məruz qalıb.

Xəbər 1311 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +