Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


12.03.2025  16:14 

Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO





A+  A-

Xalq artisti Ağadadaş Ağayev vəkili Asim Abbasovla birlikdə videomüraciət yayımlayıb. O, məhkəmənin özü ilə bağlı verdiyi hökmün ictimaiyyətdə yanlış anlaşıldığını deyib.

XəzərNews.az Yenisabah.az-a istinadən xəbər verir ki, xalq artistinin vəkili Asim Abbasov mətbuatda Ağadadaş Ağayevlə bağlı verilən hökmün yanlış formada tirajlandığını bildirib:

“Ağadadaş Ağayevlə bağlı verilmiş hökmün şərti hesab edilən hissəsini mətbuatda yanlış formada tirajladılar. Hökmün əvvəlini tirajladılar, şərti olmasını isə qeyd etmədilər. Cəzanın şərti hesab edilməsi o deməkdir ki, Ağadadaş Ağayevin həyatında elə bir ciddi dəyişiklik yoxdur. Xalq artisti ailəsinin yanındadır və işini eyni formada davam etdirir. Sadəcə bir sınaq müddəti qoyulub və bu müddət ərzində o, öz davranışları və hərəkətləri ilə islah olunduğunu göstərməlidir. Daha sonra isə şərti hissə ləğv edilir və məhkumluq ödənilmiş sayılır”.

Ağadadaş Ağayev isə deyib ki, özünün heç bir davranışına və fəaliyyətinə məhdudiyyət qoyulmayıb:

“Mənim başıma ilk dəfə belə bir iş gəldi. Bu yaşıma qədər məhkəmə qarşısında heç vaxt olmamışdım. Mən o vaxtlar da söyləyirdim ki, hüquqi bir dövlətdə yaşayıram. Qanun bütün Azərbaycan vətəndaşları üçün eyni məna daşıyır. Mənim də boynum digər vətəndaşlar kimi hüquq qarşısında qıldan incədir. Bizim əziyyətimizi çəkən məmurların hamısına təşəkkürümü bildirirəm”.

A. Abbasov bildirib ki, A. Ağayevin toylara, el şənlikləri və konsertlərə getməsinə hər hansı bir qadağa, məhdudiyyət yoxdur.



Xəbər 2571 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +