Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


22.04.2025  12:11 

Qəzzada yeni atəşkəs planı təklif olunub





A+  A-

Qətər və Misirin vasitəçiliyi ilə Qəzzada müharibəyə son qoymaq üçün yeni bir plan təklif edilib.

XəzərNews.az BBC News-a istinadən xəbər verir ki, təklifdə beş ildən yeddi ilə qədər davam edəcək atəşkəs, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslar müqabilində bütün israilli girovların azad edilməsi, müharibənin rəsmi olaraq dayandırılması və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması nəzərdə tutulur.

Məlumatda qeyd olunur ki, HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyətinin bu təkliflə bağlı məsləhətləşmələr aparmaq üçün yaxın günlərdə Qahirəyə gəlməsi gözlənilir.

İsrail bu yeni vasitəçilik planı ilə bağlı hər hansı açıqlama verməyib.

HƏMAS-ı Qahirədə keçiriləcək müzakirələrdə təşkilatın Siyasi Şurasının rəhbəri Məhəmməd Dərviş və Xəlil əl-Həyya təmsil edəcək.

Bu müzakirələr, İsrailin altı həftəlik atəşkəs müqabilində HƏMAS-ın tərksilah olunmasını tələb edən son təklifinin onlar tərəfindən rədd edilməsindən bir neçə gün sonraya təsadüf edir.

Xatırladaq ki, şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, HƏMAS məhv edilmədən və bütün girovlar geri qaytarılmadan müharibə dayandırılmayacaq. HƏMAS isə girovların azad olunmasından əvvəl İsrailin müharibəni dayandırmaq öhdəliyini qəbul etməsini tələb edir.


Xəbər 526 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +