19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


16.11.2022  10:50 

“Qırmızı qızdırma” xəstəliyi sürətlə yayılır





A+  A-

Böyük Britaniya yeni bir epidemiya ilə üz-üzədir. Sonuncu dəfə 19-cu əsrdə müşahidə edilən və uşaq ölümlərinə səbəb olan qırmızı qızdırma xəstəliyi yenidən gündəmə gəlib və 10 yaşdan kiçik uşaqlarda xəstəliklə bağlı ictimaiyyətə xəbərdarlıqlar edilib.

XəzərNews.az xəbər verir ki, xəstəliyin qızdırma, halsızlıq, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi əlamətlər göstərdiyi bildirilir.

Böyüklərdə də görülə bilən qırmızı qızdırma xəstəliyinin anormal səviyyədə artdığı bildirilib.

Bakterial yoluxucu xəstəlik olan skarlatina xüsusilə dil, üz, qoltuqaltı və qasıq nahiyəsində qırmızı ləkələrlə özünü göstərir. Qızdırma, halsızlıq, boğaz ağrısı, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi simptomlarla müşayiət olunan xəstəlik vaxtında müalicə olunmazsa yüksək riskli nəticələrə, hətta ölümə və digər xəstəliklərə səbəb ola bilər.

İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) ictimaiyyəti qırmızı qızdırmaya diqqət yetirməyə çağırıb. Xüsusilə uşaqlı ailələrə xəbərdarlıq edən mütəxəssislər yoluxma sayının normadan xeyli çox olmasına diqqət çəkib.

İsmayıl
XəzərNews.az


Xəbər 969 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +