19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


10.04.2018  18:11 

Seçkiləri 51 xarici KİV-dən 118 nümayəndə izləyəcək





A+  A-

"Şəffaflıq seçkilərdə ən əsas amildir və hesab edirəm ki, aşkarlıq baxımından seçki məntəqələrində kifayət qədər müşahidəçi olacaq".
XəzərNews.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pəhanov bildirib ki, MSK seçki məntəqələrində seçki prosesini müşahidə etmək üçün rahat şərait yaradıb: “Bütün seçki dairələri və seçki məntəqələri müasir və yaxşı şəraiti olan binalarda yerləşib. Elə şərait yaratamağa çalışmışıq ki, müşahidəçilərin öz funksiyalarını yerinə yetirməsi üçün heç bir əngəl olmasın”.

MSK sədri qeyd edib ki, seçkilərdə cavabdehliyi olan qurumlarla maarifləndirmə işi aparılıb: “Misal üçün, cəzaçəkmə müəssisələrində olan insanlar da səs verəcəklər. Bunun üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə tədbir keçirilib, o cümlədən Səhiyyə Nazirliyi və digər qurumlarla tədbirlər təşkil edilib. Seçkilər günü təhlükəsizlik ən mühüm məsələlərdən biridir və təhlükəsizliyi təmin etmək üçün polis orqanlarının məsuliyyəti var. Ona görə də Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə də birgə tədbir keçirib”.

O vurğulayıb ki, aşağı seçki komissiyalarının üzvləri, kompüter mütəxəssisləri üçün seminarlar təşkil edilib, müşahidəçilər, KİV nümayəndələri və digərləri üçün yaddaş kitabçaları hazırlanaraq paylanılıb.

M.Pənahov əlavə edib ki, əlil insanların da səs verməsi üçün lazımi addımlar atılıb: “Bu baxımdan hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin şəffaf keçirilməsinə hər hansı bir əngəl yoxdur”.

MSK sədri xarici medianın da seçkilərə maraq göstərdiyini diqqətə çatdırıb: "Prezident seçkilərini 51 xarici KİV-dən 118 nümayəndə izləyəcək".

Xəbər 1843 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +