“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


26.08.2017  09:25 

Texniki baxışla bağlı növbəti xəbərdarlıq





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi ilə bağlı xəbərdalıq edib.
XəzərNews.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, təyin edilmiş qrafikə uyğun olaraq bütün növ yük avtomobilləri və avtobuslar texniki baxışdan keçməlidir.

V.Əsədov bildirib ki, texniki baxışdan keçmək üçün müraciət edənlərin sayı olduqca azdır:

"Bir daha bütün növ yük və avtobus tipli nəqliyyat vasitələrinin sahiblərinə bildiririk ki, texniki baxışdan keçməyə tələssinlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".

Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq. İcazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

Xəbər 1415 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +