Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.08.2020  12:43 

Bakıda evdən 1 milyon manatlıq qızıl oğurlandı





A+  A-

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xəbər 2048 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +